Zaqatalada 97 ağac kəsilib, təbiətə 200 min manat ziyan vurulub, cinayət işi başlanıb
Hadisə
- 14 aprel, 2023
- 10:31
Zaqatala rayonunun Bəhmətli kəndi ərazisində ağacların qanunsuz kəsilməsi barədə vətəndaş müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə "Report"a Zaqatala Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı Bəhmətli bələdiyyəsinin vəzifəli şəxslərinin işə vicdansız və laqeyd münasibəti nəticəsində qeyd olunan ərazidə ümumilikdə 97 ədəd ağacın qanunsuz kəsilməsi, bununla da təbiətə 200 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
Son xəbərlər
18:26
Baş Prokurorluqda şəhid olmuş prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib
Daxili siyasət18:23
AIIF 2026-da Orta Dəhliz haqqında panel sessiya olub
İnfrastruktur18:20
Foto
Video
"Birliyin Gücü - 2026" təliminin iştirakçıları üçün konsert proqramı təşkil edilib
Hərbi18:19
Ağstafada avtoqəza olub, xəsarət alanlar var
Hadisə18:17
Toğrul Köçərli: "SOCAR Afrika bazarlarında mövqelərini möhkəmləndirməyi planlaşdırır"
Energetika18:11
TDT XİN rəhbələrinin Nyu-Yorkda qeyri-rəsmi toplantısı olub
Xarici siyasət18:09
"Visa" Azərbaycan sahibkarlarını agent ödənişi xidmətinə cəlb etmək istəyir
Maliyyə18:09
PA-nın Vətəndaş Qəbulu Mərkəzinin oktyabr ayı üçün cədvəli açıqlanıb
Daxili siyasət18:08
Foto