“Ekologiya postu”nun yaxınlığına iki avtomobil toqquşdu

Hadisə
  • 08 iyun, 2020
  • 19:03
“Ekologiya postu”nun yaxınlığına iki avtomobil toqquşdu

Bu gecə paytaxt Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

“Ekologiya postu”nun yaxınlığında iki avtomobilin toqquşması nəticəsində 1968-ci il təvəllüdlü Səttarov Rafiq Məhəbbət oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

44 - Tezliklə