Əfv sərəncamı 13 saylı cəzaçəkmə müəssisəsində də icra olunub
Hadisə
- 17 mart, 2019
- 07:12
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Bakının Qaradağ rayonundakı 13 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.
"Report" xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Təşkilat-nəzarət idarəsinin rəisi Vüqar Abışov, müəssisə rəisi Azər Hacıyev, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev də iştirak ediblər.
13 saylı cəzaçəkmə müəssisəsindən 42 nəfər azadlığa buraxılıb. Onların arasında Özbəkistan vətəndaşı Oybek Sadullayeviç Axmedov, Nida Vətəndaş Hərəkatının üzvləri İlkin Rüstəmzadə və Bayram Məmmədov da var. Əfv olunaraq azadlığa buraxılanlara arayışlar təqdim olunub.
Qeyd edək ki, sərəncam, ümumilikdə, 431 nəfərə şamil olunub.
Foto: Firi Səlim
Son xəbərlər
04:10
Minnesotada atışma olub, yaralılar var
Digər ölkələr03:48
Mübahisəli cəzadan sonra Obameyanq milli komandadan ayrılıb
Futbol03:13
CENTCOM İranda toy mərasiminin keçirildiyi yerə endirilən zərbəni araşdırır
Digər ölkələr02:37
Norveç Rusiyaya məxsus gəminin saxlanıldığını təsdiqləyib
Digər ölkələr02:14
Macarıstanın baş naziri: Ölkəmiz heç bir namizədin Aİ-yə sürətlə qəbulunu dəstəkləmir
Digər ölkələr01:46
ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 86 ticarət gəmisini saxlayıb
Digər ölkələr01:17
Estoniyanın müdafiə naziri istefa verib
Digər ölkələr00:48
Hindistanda daşqınlar səbəbindən 16 mindən çox şəxs təxliyə edilib, 3 nəfər ölüb
Digər ölkələr00:16