Ədliyyə Nazirliyi: Yanğında xəsarət alan olmayıb
Hadisə
- 26 avqust, 2020
- 08:45
Ədliyyə Nazirliyi inzibati binada baş verən yanğınla bağlı açıqlama yayıb.
Nazirlikdən "Report"a daxil olan məlumatda deyilir:
"Bu gün səhər 11 radələrində Ədliyyə Nazirliyinin inzibati binasında 12 kv.m sahəli otaqda qısa qapanma nəticəsində yanğın hadisəsi baş verib. Nazirlikdə quraşdırılmış yanğın siqnalizasiya sistemi dərhal işə düşüb, daxili yanğından mühafizə avadanlığı istifadə olunmaqla yanğın təxirəsalınmadan söndürülüb.
Eyni zamanda FHN-nin Dövlət Yangından Mühafizə Xidməti dərhal hadisə yerinə gəlib.
Xəsarət alan yoxdur, sənədlərə və avadanlığa ziyan dəyməyib. Hadisənin nazirliyin iş ahənginə heç bir təsiri olmayıb".
Son xəbərlər
23:37
İspaniya hökuməti Seutada vəziyyəti nəzarətə götürüb
Digər ölkələr23:01
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Futbol22:45
İran XİN ABŞ-nin tankerlərə hücumunu qınayıb
Region22:26
"Neftçi" Premyer Liqada növbəti qələbəsini qazanıb
Futbol22:24
Azərbaycan səfiri Hannoverdə yaşayan azərbaycanlılarla görüşüb
Xarici siyasət22:18
Putin: Tramp Rusiya-Ukrayna münaqişəsini nizamlamaq cəhdlərini dayandırmır
Region22:09
KDR-də toy mərasimində yanğın olub, 22 nəfər ölüb
Digər ölkələr21:56
İran ordusu Hörmüz boğazında gəmilərə hücum edib
Region21:51