DYP Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində hərəkətin məhdudlaşdırılması ilə bağlı sürücülərə müraciət edib

Hadisə
  • 27 iyun, 2018
  • 06:08
DYP Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində hərəkətin məhdudlaşdırılması ilə bağlı sürücülərə müraciət edib

Bakı. 27 iyun. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BPİ DYPİ) Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində hərəkət məhdudlaşdırılması barədə açıqlama yayıb.

İdarədən “Report”a daxil olan açıqlamada xatırladılıb ki, bu gündən Bakı Sumqayıt yolunun Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından üzü Xırdalan dairəsi istiqamətinə qədər olan yolda təmir-tikinti işləri ilə əlaqədar olaraq hərəkət məhdudlaşdırılır.

Bakı Şəhər BPİ DYPİ bu istiqamətdə hərəkət etməli olan sürücülərə tövsiyə edir ki, Bakı Dairəvi-1 - Lökbatan-Hocahəsən, Binəqədi şosesi - Binəqədi-Biləcəri, Binəqədi-Novxanı-Masazır, Binəqədi-Novxanı-Corat alternativ avtomobil yollarından istifadə etsinlər. 

44 filmi