Dubaydan briliant almaq adı ilə tanışına 95 min manatlıq dələduzluq edən şəxsə hökm oxunub
- 05 iyul, 2018
- 08:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 iyul. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Dubaydan briliant almaq adı ilə tanışına 95 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən Məmmədağa Zülfiqarovun cinayət işi üzrə məhkəmə başa çatıb.
"Report"un məlunatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Zülfiqarov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M.Zülfiqarov "Moskva univermağı"nda qızıl satışı ilə məşğul olub. O, həmçinin zərgər kimi fəaliyyət göstərib.
İttiham aktına əsasən, M.Zülfiqarov tanışı Akif Əlizadə ilə biznes qurmaq istəyib. Buna görə, o, tanışından 95 min manat pul alaraq, Dubaydan briliant gətirəcəyi vədi verib. Lakin M.Zülfiqarov verdiyi vədə əməl etməyib.
O, A.Əlizadənin şikayəti əsasında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.