DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirib, nazirin birinci müavini saxlanılıb

Hadisə
  • 01 noyabr, 2022
  • 09:56
DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirib, nazirin birinci müavini saxlanılıb
Elnur Əliyev

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.

“Report”un məlumatına görə, əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və digər vəzifəli şəxslər saxlanılıb.

Hazırda əməliyyat davam edir.

Qeyd edək ki, E.Əliyev 2021-ci ilin sentyabr ayından mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışır.

Xatırladaq ki, DTX 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Həmin vaxt nazir müavini Rafiq Bayramov saxlanılmışdı.

44 - Tezliklə