DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı araşdırma aparılıb

Hadisə
  • 29 iyul, 2024
  • 14:43
DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı araşdırma aparılıb

Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşının vətəndaşa qarşı təhqiramiz hərəkəti ilə əlaqədar yayılmış videogörüntü ilə bağlı DSX-də araşdırma aparılıb.

"Report" xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, hərbi qulluqçu şəxsi avtomobilində xidmət yerinə hərəkət edərkən 3 nəfər mülki şəxsin təhqiramiz ifadələrinə stres vəziyyətində cavab verib. Hadisə yerində polis əməkdaşının olması barədə məlumatlar həqiqəti əks etdirmir.