Dövlət Komitəsindən seyf oğurlayan keçmiş məhkuma hökm oxunub

Hadisə
  • 28 yanvar, 2019
  • 14:04
Dövlət Komitəsindən seyf oğurlayan keçmiş məhkuma hökm oxunub

Bakı. 28 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etmədə təqsirləndirilən Rafiq Məmmədov, Elşən AslanovRüfət Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Məmmədov 11 il, E.Aslanov 7 il və R.Qurbanov isə 6,6 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, R.Məmmədov, E.Aslanov və R.Qurbanov qabaqcadan əlbir olaraq, bir qrup şəxs halında təkrar özgənin külli miqdarda əmlakını saxlanc yeri olan binaya qanunsuz daxil olub oğurluq ediblər. Həmçinin R.Məmmədov və E.Aslanov satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vsaitə olan heroin əldə edərək saxlayıb.

Cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, R.Məmmədov tanışı Vaqif Rəhimovla birgə 2006-cı ildə "Karvan L" şirkətinin ofisindən, ümumilikdə, 190 min 496 manat, 2008-ci ildə "Moqobs" MMC-nin ofisindən 158 min 594 manat, 2010-cu ildə "Saqa" gəmi təmiri şirkətinin ofisindən 40 min 800 manat, 2011-ci ildə "Təmizləmə avadanlıqlarının satışı mağazası"ndan 510 min manat məbləğində pul oğurlayıb.

2014-cu ildə həbs edilən R.Məmmədov oğurluqda təqsirli bilinib və Bakı Ağır Cinayətlərinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum olunub. 2016-cı ildə isə o, Xətai Rayon Məhkəməsinin qərarı ilə 5 ay 17 gün çəkilməmiş cəzadan vaxtından əvvəl şərti azadlığa buraxılıb.

R.Məmmədov məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayətə əl atıb.

Belə ki, o, 2016-cı ildə Rasim Əliyevə məxsus Bakı şəhəri ərazisində yerləşən ofisdən 7 min manat pul oğurlayıb. 2017-ci ildə isə R.Məmmədov Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin iş otağına qanunsuz daxil olub. O, həmin otaqda şöbənin müdri Anar Kazımova məxsus olmaqla içərisində möhür və blanklar olan 1050 manat dəyərində "FDX-30" markalı seyfi talayaraq aparıb.