DİN: “Vətəndaşlar polis görəndə tibbi maskadan düzgün istifadə edirlər”

Hadisə
  • 30 mart, 2022
  • 11:58
DİN: “Vətəndaşlar polis görəndə tibbi maskadan düzgün istifadə edirlər”

Bu gün Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində COVID-19 infeksiyasının daha da geniş yayılmasının qarşısını almaq məqsədi ilə nəzarət profilaktiki tədbirlər keçirilib.

Bunu "Report"a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev bildirib.

O bildirib ki, ictimai nəqliyyatda maskadan düzgün istifadə olunub-olunmaması ilə bağlı yoxlamalar aparılıb: "Mülki geyimdə olan polis əməkdaşları ictimai nəqliyyatda tibbi maskalardan düzgün istifadə etməyən şəxslərə xəbərdarlıq etdi Qaydalara etinadsız yanaşan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati tənbeh tədbiri tətbiq olundu".

“Vətəndaşlar polis və kamera görəndə tibbi maskadan düzgün istifadə edirlər”, - o vurğulayıb.

Operator: Vüqar Xanlarov

Montajçı: Səbuhi Məmmədov

DİN: “Vətəndaşlar polis görəndə tibbi maskadan düzgün istifadə edirlər”

44 - Tezliklə