DİN-dən avtobus sürücüsünü döyən şəxslə bağlı açıqlama - VİDEO
Hadisə
- 30 aprel, 2021
- 08:06
Daxili İşlər Nazirliyi (DİN) Abşeronda avtobus sürücüsünü döyən şəxslə bağlı açıqlama yayıb.
DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynovdan "Report"a daxil olan açıqlamada deyilir:
"Aprelin 29-da Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut xətti üzrə avtobusda sərnişinlə sürücü arasında baş vermiş insidentin görüntüləri sosial şəbəkələrdə yayımlanıb. Dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin şəxsin 17 yaşlı Orxan Abbasov olması müəyyən edilərək İdarəyə dəvət olunub. O, törətdiyi əməli etiraf edib və peşiman olduğunu bildirib.
Polis əməkdaşları tərəfindən O.Abbasovla profilaktiki söhbətlər aparılıb və o, xəbərdarlıq edilərək sərbəst buraxılıb".
DİN-dən avtobus sürücüsünü döyən şəxslə bağlı açıqlama - VİDEO
Son xəbərlər
04:14
Venesueladakı zəlzələdə ölənlərin sayı 5 208 nəfərə çatıb
Digər ölkələr03:42
ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb, Təbriz də hücuma məruz qalıb
Region03:36
Argentina millisinin baş məşqçisi: "Meydana çıxıb əlimizdən gələni etdik"
Futbol03:16
Luis de la Fuente: "Düşünürəm ki, matçın taleyi daha tez həll olunmalı idi"
Futbol02:45
DÇ-2026: Finalçılar mükafatlandırılıb, Rodri turnirin ən yaxşı futbolçusu seçilib
Futbol02:23
İspaniya yığması yeni rekord müəyyənləşdirib
Futbol02:19
De la Fuente dünya və Avropa çempionluğunu qazanan üçüncü baş məşqçi olub
Futbol02:17
Ferran Torres İspaniya - Argentina matçının ən yaxşısı seçilib
Futbol02:13