​Dənizkənarı Milli Parkda intihar hadisəsi baş verib

Hadisə
  • 10 avqust, 2015
  • 11:05
​Dənizkənarı Milli Parkda intihar hadisəsi baş verib

Bakı. 10 avqust. REPORT.AZ/ Bakıda intihar hadisəsi baş verib. “Report”un xəbərinə görə, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb. Belə ki, Dənizkənarı Milli Parkda – “Saat qülləsi”nin yaxınlığında bir nəfər özünü dənizə ataraq intihar edib.

İntihar edən şəxsin meyitini dənizdən xilasedicilər çıxarıb.

İntihar edən şəxsin kimliyi müəyyənləşdirilib. Bu, 1990-cı il təvəllüdlü Ağayev Pərvin Elşən oğludur.