Dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib

Hadisə
  • 17 iyul, 2016
  • 12:57
Dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib

Bakı. 17 iyul. REPORT. AZ/ Xəzər dənizində çimərkən batmaq təhlükəsi iə üzləşmiş şəxs xilas edilib. 

"Report"un məlumatına görə, bu haqda Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb. 

FHN-in məlumatına görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 17:20-də başa çatıb.

44 - Tezliklə