Dələduzluqda təqsirləndirilən keçmiş bank əməkdaşı məhkəmədə ifadə verib

Hadisə
  • 19 iyun, 2017
  • 08:34
Dələduzluqda təqsirləndirilən keçmiş bank əməkdaşı məhkəmədə ifadə verib

Bakı. 19 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Eldar Salmasinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub.

Dövlət ittihamçısı ittiham aktını elan edib. E.Salmasi ittihama münasibət bildirərkən, özünü təqsirli bilməyib. O, həmin pulları borc adı ilə aldığını söyləyib.

Məhkəmənin növbəti iclası iyulun 6-na təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, E.Salmasi "Zaminbank" ASC-də xəzinədar vəzifəsində işləyib. O, vətəndaşları ucuz qiymətə dollar satmaq adı ilə aldadaraq dələduzluq əməlini törədib. E.Salmasi vəzifəsindən azad edildikdən sonra da bir neçə şəxsə qarşı dələduzluq edib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.