Leysan yağışları ilə bağlı Daşkəsənin Alaxançallı kəndindəki son vəziyyət açıqlanıb - YENİLƏNİB
- 05 sentyabr, 2025
- 21:49

Daşkəsən rayonuna, o cümlədən Alaxançallı kəndi ərazisinə qısamüddətli leysan xarakterli yağış yağıb. Kənddən keçən Gəncə çayında su çoxalıb.
Bu barədə "Report"a rayonun Qaraqullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elbrus Bayramov məlumat verib.
O bildirib ki, kənddən keçən Gəncə çayında su çoxalıb, hazırda hər hansı təhlükəli vəziyyət müşahidə olunmur:
"İntensiv yağış fəsad törətməyib. Ərazidə həyat normal axarında davam edir".
Bu gün günorta saatlarından başlayaraq Daşkəsən rayonuna leysan yağıb.
"Report"un Qərb bürosunun məlumatına görə, nəticədə ucqar kəndlərdən biri olan Alaxançallı kəndinə sel gəlib, bir sıra fəsadlar törədib.
Eyni zamanda yağıntılı hava şəraiti səbəbindən digər kəndlərdə də fəsadlar baş verib.
Qeyd edək ki, hazırda qərb bölgəsinin dağlıq rayonlarında da yağıntılı hava şəraiti müşahidə olunur.