Daşkəsəndə yük avtomobilinin sürücüsünün ölümü ilə bağlı cinayət işi açılıb
Hadisə
- 10 noyabr, 2021
- 06:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Daşkəsən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 9-da rayonun Çaylı kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Man” markalı yük maşınının sürücüsü, Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Mürsəlov Manaf Əbülhəsən oğlu avtomobil hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra yük avtomobili aşıb. Nəticədə sürücü ölüb.
Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Son xəbərlər
16:53
Əbu-Dabidə Ukrayna-Rusiya-ABŞ danışıqları başa çatıb - Yenilənib-3
Digər ölkələr
16:45
"PAŞA Həyat Sığorta" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
16:22
Gürcüstanın Azərbaycandan xiyar alışına çəkdiyi xərc 3 dəfəyə yaxın artıb
Biznes
16:14
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
Futbol
16:00
"PAŞA Sığorta" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
15:57
SEPAH: Hörmüz boğazında iki tankerdə partlayış və yanğınlar baş verib
Digər ölkələr
15:47
İraqda 61 məktəbli xəstəxanaya yerləşdirilib
Digər ölkələr
15:45
Foto
Gənclər arasında dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
Fərdi
15:41
Quterreş: COP31-dən iqlim dəyişikliyinə qarşı güclü mesajlar gözləyirik
Xarici siyasət