Daşkəsəndə qayalıqdan yıxılan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
- 18 iyun, 2024
- 17:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Daşkəsəndə qayalıqdan yıxılan şəxsin kimliyi məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, zərərçəkən şəxs rayon sakini, 1961-ci il təvəllüdlü Vaqif Cəfərovdur.
Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.
Qeyd edək ki, hadisə rayonun Yuxarı Daşkəsən qəsəbəsində qeydə alınıb. Zərərçəkənin ehtiyatsızlıqdan qayalıq yerdən yıxılaraq dərəyə düşdüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
20:06
Daşkəsəndə kişi bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Daşkəsən qəsəbəsində qeydə alınıb. Hündür qayalıqdan yıxılan şəxs ağır xəsarətlər alıb.
O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb. Vəziyyəti ağır olan zərərçəkənin hansı səbəbdən qayalıqdan yıxıldığı isə hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.