Daha 5 nəfər azad olunmuş ərazilərə keçməyə cəhd göstərib
Hadisə
- 13 may, 2021
- 10:05
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə qanunsuz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, mayın 13-də səhər saat 6 radələrində polis əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı xırdabuynuzlu heyvanları otarmaq məqsədi ilə Hacıməmmədli kəndi ərazisindən Ağdam rayonunun işğaldan azad edilmiş ərazisinə keçməyə cəhd göstərən daha 5 nəfər saxlanılıb.
Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib və onların barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.
Son xəbərlər
05:32
Türkiyədə dələduzluq yolu ilə milyonlarla pul əldə edənlər saxlanılıb
Region05:05
"Reuters" Ukraynada "Patriot" raketlərinin istehsalı ilə bağlı detalları açıqlayıb
Digər ölkələr04:36
İran XİN: BMT TŞ-nin nüvə proqramı ilə bağlı qətnaməsinin müddəti bitib
Region04:08
Venesuelada zəlzələ qurbanlarının sayı 4 mini keçib
Digər ölkələr03:37
Hakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
Region03:09
Apple kommersiya sirri ilə bağlı OpenAI-yə qarşı iddia qaldırıb
İKT02:40
Bəqai: İran ABŞ ilə danışıqlar üçün müraciət etməyib
Region02:14
Belçika millisinin baş məşqçisi Rudi Qarsiya: Böyük oyunlarda ən kiçik səhvə də yer yoxdur
Futbol02:10