Cəlilabadın Qaz İstismar İdarəsinin əməkdaşı abonent tərəfindən döyülüb

Hadisə
  • 05 iyul, 2018
  • 04:51
Cəlilabadın Qaz İstismar İdarəsinin əməkdaşı abonent tərəfindən döyülüb

Cəlilabad. 5 iyul. REPORT.AZ/ Cəlilabadda döyülmə hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Mirzəyev İsmayıl Elsevər oğlu döyülərək, burnu sındırılıb. 

İ.Mirzəyev Cəlilabad Qaz İstismar İdarəsinin əməkdaşıdır və o, iş zamanı abonent tərəfindən döyülüb.

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə