Cəlilabadda yük maşını minik avtomobilinə çırpılıb
Hadisə
- 20 oktyabr, 2017
- 18:35
Cəlilabad. 20 oktyabr. REPORT.AZ/ Cəlilabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Cəlilabad şəhərinin "İran bazarı" adlanan hissəsindən keçən ərazidə qeydə alınıb.
Qəza zamanı "Kamaz" markalı yük avtomobili "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb.
Hadisə nəticəsində "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü, 1973-cü il təvəllüdlü Cəlilabad sakini Məmişov Elxan Tomar oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı sürücü xəstəxanaya çatdırılıb. Ona ilk tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
08:09
Arbeloa "Fulhem"i APL-də məğlubiyyətlər seriyasından çıxara bilməyib
Futbol07:48
Çində palçıq və lil axını nəticəsində iki nəfər ölüb, 10 nəfər itkin düşüb
Digər ölkələr07:12
Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub
Digər ölkələr06:41
Video
ABŞ-nin hücum etdiyi üç İran tankerindən biri Oman körfəzində batıb
Digər ölkələr06:23
Axios: Tramp və Vens Dallasda Respublikaçılar Partiyasının qurultayında çıxış edəcəklər
Digər ölkələr05:50
Britaniya ABŞ-nin sanksiya tətbiq etdiyi iranlının iki penthausunun satışına icazə verib
Digər ölkələr05:17
ABŞ Ekvador narkokartelinin maraqları naminə istifadə olunan gəmiləri batırıb
Digər ölkələr04:41
Tramp: Demokratlar Ağ Evdəki bal zalını sökə bilməyəcək
Digər ölkələr04:02