Cəlilabadda yol qəzası olub, üç nəfər yaralanıb 

Hadisə
  • 29 oktyabr, 2023
  • 20:22
Cəlilabadda yol qəzası olub, üç nəfər yaralanıb 

Cəlilabadda yol qəzası olub, üç nəfər yaralanıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 1960-cı il təvəllüdlü Elnurə Quliyeva, 1965-ci il təvəllüdlü Daşqın İsmiyev və 1959-cu il təvəllüdlü Siyasət Quliyev müxtəlif bədən xəsarətləri alıb. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.