Cəlilabadda yanacaqdaşıyan maşın qəzaya düşüb, 4 nəfər yaralanıb

Hadisə
  • 27 fevral, 2017
  • 13:16
Cəlilabadda yanacaqdaşıyan maşın qəzaya düşüb, 4 nəfər yaralanıb

Cəlilabad. 27 fevral. REPORT.AZ/ Cəlilabadda 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosuxəbər verir ki, hadisə Ələt- Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. 

Belə ki, Cəlilabad rayon Maşlıq kənd sakini Nazim Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Astara istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn yanacaqdaşıyan qoşqulu yük avtomobili ilə toqquşub. 

Nəticədə sürücü də daxil olmaqla minik maşınında olan sərnişinlər - Ceyhun Nəsirov, Könül və İradə Nəsirovalar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Qəzanın hansı səbəbdən baş verməsi araşdırmalardan sonra məlum olacaq.