Cəlilabadda sürücü 56 yaşlı qadını vuraraq hadisə yerindən qaçıb

Hadisə
  • 04 noyabr, 2018
  • 21:44
Cəlilabadda sürücü 56 yaşlı qadını vuraraq hadisə yerindən qaçıb

Cəlilabad. 5 noyabr. REPORT.AZ/ Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Rayonun Privolnoye kənd sakini, 1962-ci il təvəllüdlü Gülmirzəyeva Xanım Qurbanəli qızı müəyyən edilməmiş avtomobil ilə vurulub. Yaralı müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, sürücü qəzadan sonra hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.