Cəlilabadda su bəndi dağılıb, Ələt-Astara magistral yolu bağlanıb
Hadisə
- 27 oktyabr, 2016
- 14:12
Cəlilabad. 27 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda su bəndi dağılıb.
“Report”un Aran bürosu xəbər verir ki, son günlər aramsız yağan yağışlar rayon ərazisindəki bəzi göllərin səviyyəsini qaldırıb.
Yerli sakinlərin sözlərinə görə, rayonun Cəfərxanlı kəndi ərazisindəki belə göllərdən birinin səviyyəsi maksimum həddə çatdığından bənd dağılıb.
Gölün suyu İncəçay vasitəsi ilə axıdıldığından rayonun Alar kəndinə də təhlükə yaranıb. Əraziyə texnika və canlı qüvvə cəlb edilib. Yerli sakinlərin verdiyi məlumata görə, suyu ötürməkdən ötrü Ələt-Astara magistral yolu bağlanılıb. Nəqliyyat vasitələri alternativ yoldan istifadə edir.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hadisə yerindədir.
Son xəbərlər
11:54
"İsmayıllı-1" KSES-in istehsal etdiyi elektrik enerjisinin həcmi açıqlanıb
Energetika11:44
"Qarabağ"a Bakıda uduzan "Dinamo" antirekorda imza atıb
Futbol11:44
"Qazprom Ermənistan"ın dörd əməkdaşı həbs edilib
Region11:39
Foto
Babək, Culfa və Ordubaddakı mədəniyyət saraylarında əsaslı təmir işləri aparılacaq
Mədəniyyət siyasəti11:33
Foto
Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib
Daxili siyasət11:31
Foto
Bakıda rəssam və şair Nazim Şahın sərgisi açılıb
İncəsənət11:31
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib
Sosial müdafiə11:29
Foto
Türkiyə, İran və Azərbaycan arasında yük axınını artırmaq üçün tədbirlər müəyyənləşib
İnfrastruktur11:29