Cəlilabadda Rusiya vətəndaşına məxsus avtomobil yanıb - FOTO
Hadisə
- 10 iyun, 2019
- 14:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Cəlilabad rayonunda Rusiya vətəndaşına məxsus avtomobil yanıb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Rusiya vətəndaşı Əliheydər Faqi oğlun Nəcəfovun idarə etdiyi “VAZ-21015” markalı avtomobil anidən alovlanıb.
Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb. Avtomobil yanaraq yararsız hala düşüb, sürücü və sərnişinlər xəsarət almayıb.
İlkin ehtimala görə, hadisə avtomobilin elektrik naqillərindəki qısaqapanmadan baş verib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
03:20
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
Digər ölkələr
02:57
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
Digər ölkələr
02:23
"Barselona" La Liqanın XII turunda "Atletiko"nu məğlub edib
Futbol
01:44
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb
Digər ölkələr
01:22
Almaniyada 800 illik qəsr 1 avroya satışa çıxarılıb
Digər ölkələr
00:54
Rusiya səfiri: Moskva Yerevanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazırdır
Region
00:30
Foto
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
00:01
Video
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
Daxili siyasət
00:00
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Daxili siyasət