Cəlilabadda qanunsuz ov edən şəxslər saxlanılıb - FOTO
Hadisə
- 07 dekabr, 2016
- 18:23
Cəlilabad. 7 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Cəlilabad rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi birgə reyd zamanı rayon ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.
“Report”un Aran bürosu xəbər verir ki, yerli sakinlər Asif Soltanov, Tahir Məmmədov və Uzuntəpə kənd sakini İnşallah Həsənov heç bir icazə sənədi olmadan birlikdə Mahmudçala ovçuluq təsərrüfatında 25 ədəd gərəf və 8 ədəd çöl ördəyi ovlayıblar.
Saxlanılan zaman o da məlum olub ki, ovçulardan Tahir Məmmədovun üzərindəki ov tüfəngi heç bir yerdə qeydiyyatda deyil.
Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində araşdırma aparılır.
Son xəbərlər
17:33
Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb
Region17:27
İngiltərə Premyer Liqası: "Liverpul" II turda da heç-heçə edib
Futbol17:12
Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir
Din16:57
Azərbaycanda əmlak sığortası bazarı 24 %-ə yaxın böyüyüb
Maliyyə16:46
Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Hadisə16:39
"Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır
Futbol16:32
Nepalda daşqın nəticəsində ölənlərin sayı 669-a çatıb - YENİLƏNİB
Digər ölkələr16:23
Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb
Hadisə16:10