Cəlilabadda qadın qaynı tərəfindən döyülüb

Hadisə
  • 20 yanvar, 2019
  • 21:18
Cəlilabadda qadın qaynı tərəfindən döyülüb

Cəlilabad. 21 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunun Badamağacı kəndində döyülmə hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, 1966-ci il təvəllüdlü kənd sakini Fətullayeva Pərvanə Ədalət qızı qaynı tərəfindən döyülüb.

Zərərçəkmiş baş nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Gəncədə toy mərasimində döyülmə hadisəsi baş verib.