Cəlilabadda otlaq sahəsindən silah-sursat aşkarlanıb
Hadisə
- 25 yanvar, 2025
- 14:46
Cəlilabad rayonunun Günəşli kəndi ərazisindəki otlaq sahəsində silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "Kalaşnikov" avtomat, həmin silaha aid patron darağı və 29 ədəd patron aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Bundan əlavə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində 5 nəfər rayon sakini qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Son xəbərlər
23:01
Qətərin Baş naziri sabah İrana səfər edəcək
Region22:35
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 157-yə çatıb - YENİLƏNİB-4
Digər ölkələr22:33
PSJ Dembelenin müqaviləsinin müddətini uzatmaq istəyir
Futbol22:27
Fidan YPG-nin ləğvinin Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcəyini bildirib
Region22:13
Kris Rayt: ABŞ İranla nüvə məsələsini danışıqlar və BAEA yoxlamaları yolu ilə həll etmək istəyir
Digər ölkələr22:04
"Sabah" klubu Prezident İlham Əliyevə təşəkkür edib
Futbol21:50
Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb
Region21:41
İran ABŞ ilə razılaşma barədə Mərkəzi Asiya ölkələri ilə məsləhətləşmələr aparır
Region21:29