Cəlilabadda naməlum şəxslər oğurluq etdikləri marketi yandırıblar

Hadisə
  • 29 mart, 2018
  • 05:33
Cəlilabadda naməlum şəxslər oğurluq etdikləri marketi yandırıblar
Report

Cəlilabad. 29 mart. REPORT.AZ/ Cəlilabad rayonunda marketdən oğurluq edilib və sonra yandırılıb. 

“Report”un Aran bürosu xəbər verirki, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini Bəxtiyar Musayevə məxsus ərzaq mağazasından naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilib və sonra izi itirmək məqsədi ilə mağaza yandırılıb. Mağaza sahibinin sözlərinə görə, ona 30-40 min manat dəyərində ziyan dəyib.

Bu barədə polis şöbəsinə məlumat verilib.

Faktla bağlı arşdırma aparılır. 

44 filmi