Cəlilabadda minik və yük avtomobilləri toqquşub, xəsarət alan var
Hadisə
- 20 oktyabr, 2018
- 05:30
Cəlilabad. 20 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə ötən gün gecə saatlarında yeni Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, TIR markalı yük maşını yolun kənarında dayanmış "Jiquli" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər iki avtomobil yolun kənarına aşıb. Minik avtomobilinin sürücüsü, Sabirabad rayon sakini, 1977-ci il təvəllüdlü Ramin Yunis oğlu Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəyə ilkin səbəb kimi hava şəraitinin dumanlı olması göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
11:25
FAO: Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə işlər yekunlaşmaqdadır
ASK11:24
Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanılıb
Hadisə11:23
Yalçın Rəfiyev: "Tramp Marşrutu" Cənubi Qafqazda sülh prosesinin dəstəklənməsində mühüm rol oynayacaq
İnfrastruktur11:17
Nazir: "Super elit və elit toxumların istehsalına subsidiyalar veriləcək"
ASK11:16
Xəzər dənizində zəlzələ olub
Hadisə11:13
Azərbaycandakı sığorta şirkətlərinin sığorta ödənişlərinin görə renkinqi (Yanvar-avqust, 2026)
Maliyyə11:12
Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi (Yanvar-avqust, 2026)
Maliyyə11:06
İran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib
Region11:01