Cəlilabadda minik maşını traktorla toqquşub
Hadisə
- 18 dekabr, 2018
- 18:37
Cəlilabad. 18 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Ocaqlı kənd sakini, 1994-cü il təvəllüdlü Əliyev Teymur Əlifağa oğlunun idarə etdiyi "VAZ-21011" markalı minik avtomobili "Belarus" markalı traktora çırpılıb. Minik avtomobilinin sürücüsü xəsarət alaraq ağır vəziyyətdə "təcili yardım" avtomobili ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Goranboyda yol qəzası baş verib.
Son xəbərlər
22:57
Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqları başa çatıb
Hərbi22:52
İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb
Digər ölkələr22:49
Premyer Liqada VI turun hakim təyinatları açıqlanıb
Futbol22:39
Paşinyan TRIPP layihəsinin reallaşması ilə bağlı iclas keçirib
Region22:27
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
Digər ölkələr22:07
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Energetika21:52
"Bavariya" müdafiəçi Kim Min Cenin gələcəyi ilə bağlı danışıqlar aparmağa hazırlaşır
Futbol21:45
Video
İlham Əliyevin sosial şəbəkə hesablarında Şamaxıya səfəri ilə bağlı paylaşım olunub
Daxili siyasət21:42