Cəlilabadda dağlıq ərazidəki yanğın tam söndürülüb
Hadisə
- 16 iyul, 2025
- 12:22
Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş verən yanğın tam söndürülüb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində meşə təsərrüfatına məxsus ərazidə 1.5 hektar sahədə kol-kos və kənd bələdiyyəsinə məxsus ərazidə 150 hektar sahədə quru ot, kol-kos yanıb.
Meşə zolağı yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak edib.
Son xəbərlər
12:39
Bu ilin 7 ayında iki tona yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Hadisə12:38
DİN ilin ilk yeddi ayında 54 mindən çox şəxsi sərxoşluq hallarının müəyyənləşdirilməsinə göndərib
Sağlamlıq12:38
Azərbaycan iki ölkəyə elektrogenerator tədarükünü bərpa edib
Biznes12:38
UEFA Konfrans Liqası: "Tvente" ilə səfər oyunu üçün "Qarabağ" azarkeşlərinə 1500 yer ayrılıb
Futbol12:37
Naxçıvan Regional DOST Mərkəzinə ilk günlərdə 200-dən çox müraciət daxil olub
Sosial müdafiə12:34
İraq Kürdüstanın baş nazirinin ofisi dron zərbələrinə məruz qalıb
Digər ölkələr12:33
Foto
Azərbaycan cüdoçuları İspaniya Supekubokunda 2 qızıl medal qazanıblar
Fərdi12:31
Sabah Azərbaycanda 36 dərəcə isti olacaq
Ekologiya12:25