Cəlilabadda 35 yaşlı kişinin öldürülməsinin təfərrüatları məlum olub - YENİLƏNİB

Hadisə
  • 30 noyabr, 2025
  • 18:54
Cəlilabadda 35 yaşlı kişinin öldürülməsinin təfərrüatları məlum olub - YENİLƏNİB

Noyabrın 30-u saat 13:00 radələrində xəsarət alması səbəbilə 1990-cı il təvəllüdlü (kişi) şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ona döş qəfəsinin, ürək nahiyəsinə nüfuz edən kəsilmiş-deşilmiş iti alət yarası, ürəyin tomponadası, daxili qanaxma və hemorragik şok 3-4 diaqnozu təyin edilib.

Pasiyent dərhal cərrahi əməliyyata alınıb. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 14:30 radələrində ölüm faktı qeydə alınıb.

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1990-cı il təvəllüdlü Vüsal Cəfərov qətlə yetirilib.

Onu qətlə yetirməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Kəsirə Cəfərova artıq saxlanılıb.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti