Cəlilabadda doqquz il əvvəl itkin düşən qadının öldürüldüyü məlum olub
Hadisə
- 13 noyabr, 2025
- 13:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Cəlilabad rayonunda 2016-cı il tarixdə itkin düşən 1982-ci il təvəllüdlü Xəlilova Xəyalə Ramiz qızının qətlə yetirildiyi müəyyənləşib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan "Report"a bildirilib ki, polis və Penitensiar xidmət əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Eynullayev Elnur Nizami oğlu tərəfindən törədilməsi müəyyən olunub.
"O, hadisəni Göytəpə qəsəbəsində istifadəsiz tikilidə törədib və meyiti həmin ərazidə basdırıb. Meyitin qalıqları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib", - məlumatda qeyd olunub.
Araşdırmalar davam etdirilir.
Son xəbərlər
20:18
FTB-nin direktor müavini Endryu Beyli istefa verib
Digər ölkələr20:15
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Daxili siyasət20:12
Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda qayıdış hüququ və dekolonizasiyanı qabardıb
Xarici siyasət19:44
Hindistanın ticarət naziri saziş üzrə danışıqlar üçün ABŞ-yə gedəcək
Digər ölkələr19:32
Foto
"Mingəçevir Reqatası-2026" turnirinin püşkatması olub, yarışdan əvvəl hakimlərin iclası keçirilib
Fərdi19:26
Yəmən parlamenti husilərə qarşı ümumi səfərbərliklə bağlı müraciəti təsdiqləyib
Digər ölkələr19:19
Belarusun Dövlət Hərbi Sənaye Komitəsi Bakıda keçiriləcək ADEX-2026 sərgisində iştirak edəcək
Xarici siyasət19:14
Rusiyada pirotexnika zavodunda baş verən yanğında 5 nəfər ölüb
Digər ölkələr19:10