Cəlilabadda beş yaşlı uşaq ikinci mərtəbədən yıxılıb

Hadisə
  • 01 may, 2023
  • 22:18
Cəlilabadda beş yaşlı uşaq ikinci mərtəbədən yıxılıb

Cəlilabad şəhərində beş yaşlı uşaq bədbəxt hadisə nəticəsində xəsarət alıb.

“Report”un məlumatına görə, 2018-ci il təvəllüdlü H. Əlizadə yaşadığı binanın ikinci mərtəbəsindən yıxılıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Fakt araşdırılır.