Cəlilabadda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
Hadisə
- 28 noyabr, 2024
- 15:07
Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Maşlıq kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, idarəetməni itirən "VAZ 2107" markalı minik avtomobili dirəyə çırpılıb. Hadisə nəticəsində iki nəfər - rayon sakini, 1961-ci il təvəllüdlü Mirzəcan Cəfərov və 1974-cü il təvəllüdlü Nazim Əlihünbətov müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
04:25
ABŞ-də ali rəhbərliyin təxliyəsi üçün yeni helikopter eskadrilyası yaradılıb
Digər ölkələr04:02
Pentaqon rəhbəri ABŞ Prezidenti postu uğrunda mübarizəyə qoşula bilər
Digər ölkələr03:52
Nepalda daşqından sonra itkin düşənlərin sayı iki minə yaxınlaşır
Digər ölkələr03:21
ABŞ sentyabrda Venesuela ilə enerji sazişi bağlamağı planlaşdırır
Digər ölkələr02:48
Pezeşkian: Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik
Region02:18
ABŞ tarixində ən böyük pivə oğurluğu baş verib
Digər ölkələr01:49
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
Region01:20
Tramp BKS-dəki amerikalı astronavtlarla rabitə seansı keçirib
Digər ölkələr00:44