Cəlilabadda avtomobil aşıb, beş nəfər xəsarət alıb

Hadisə
  • 23 oktyabr, 2025
  • 10:12
Cəlilabadda avtomobil aşıb, beş nəfər xəsarət alıb

Cəlilabadda avtomobil aşıb, beş nəfər xəsarət alıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb.

"Nissan X-Trail" markalı avtomobil sərt döngədən eniş edərkən aşıb. İlkin məlumata görə, avtomobildə olan 5 nəfər xəsarət alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

2007-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Digər dörd şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri kafi olaraq qiymətləndirilir.

Hazırda yaralıların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti