Cəlilabadda avtomobil aşıb, üç nəfər xəsarət alıb
Hadisə
- 10 noyabr, 2025
- 17:30
Cəlilabadda avtomobil aşıb, üç nəfər xəsarət alıb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral avtomobil yolunun 87-ci km-də qeydə alınıb.
Belə ki, "KİA" markalı minik avtomobilinin aşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.
TƏBİB-dən bildirilib ki, bu gün saat 16:00 radələrində yol- nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (1 kişi, 2 qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, yaralılara bədənin müxtəlif nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda onların vəziyyəti stabil olaraq qiymətləndirilir, müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
22:35
Nardaranda azyaşlının ayağı su nasosunda sıxılı vəziyyətdə qalıb
Hadisə22:22
Foto
Dmanisinin azərbaycanlı idmançıları Türkiyədə beynəlxalq yarışda uğur qazanıblar
Fərdi22:08
FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb
Hadisə21:54
"Səbail" Türkiyədə ilk yoxlama oyununda qələbə qazanıb
Futbol21:36
"Neftçi" futbolçu İmad Farajın Tunisin "Esperans" klubuna keçdiyini açıqlayıb
Futbol21:29
Premyer Liqa: "Turan Tovuz" mövsümün açılış oyununda qələbə qazanıb
Futbol21:06
Qubada zəlzələ qeydə alınıb
Hadisə20:51
Lukaşenko hakimiyyətin onun övladlarına ötürüləcəyini iddia edənləri "axmaq" adlandırıb
Digər ölkələr20:48