Cəlilabadda 7 yaşlı oğlan bel ilə döyülüb

Hadisə
  • 03 aprel, 2018
  • 13:46
Cəlilabadda 7 yaşlı oğlan bel ilə döyülüb

Cəlilabad. 3 aprel. REPORT.AZ/ Cəlilabad rayonunda 7 yaşlı uşaq bel ilə döyülüb. 

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. 

Belə ki, şəhərin H.Aslanov küçəsində yaşayan, 2011-ci il təvəllüdlü Quliyev İbrahim Samid oğlu bel ilə döyülərək baş və kürək nahiyələrindən ağır xəsarətlər alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.