Cəlilabadda 17 kiloqram narkotik aşkarlanıb
Hadisə
- 11 aprel, 2026
- 12:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Cəlilabadda əvvəllər məhkum olunmuş şəxsdən 17 kiloqram narkotik vasitə aşkarlanıb.
"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.
Tədbirlər zamanı əvvəllər məhkum olunmuş 34 yaşlı Ziya Heydərzadə saxlanılıb. Ondan ümumilikdə 17 kiloqram marixuana, heroin, tiryək və metamfetamin aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotikləri paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Son xəbərlər
17:21
Hesablama Palatası: Peşə kurslarında proqramlar əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır
Maliyyə
17:20
Foto
Naxçıvanda 10 ceyran təbiətə buraxılıb
Ekologiya
17:19
Azərbaycan peşə hazırlığına cəlb ediləcək şəxslərin sayını 6 %-ə yaxın artırır
Maliyyə
17:16
Elgiz Kərəmli: "Bir qələbənin bütün problemləri həll etdiyini düşünmək olmaz"
Futbol
17:10
Foto
ANAMA sədri "Ukraynada Mina Fəaliyyəti üzrə" 4-cü Konfransda iştirak edib
Xarici siyasət
17:06
DİM dekabrın 4-nə təyin edilən Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanını ləğv edib
Elm və təhsil
17:01
Foto
Baku TV-nin Rus redaksiyasının 5 yaşı tamam olur
Media
17:01
DİM-in dövlət qulluğuna qəbul üzrə daxili müsahibə elanı ləğv edilib
Elm və təhsil
16:58
Rusiyaya məxsus təyyarə partlayıcı qurğu barədə siqnaldan sonra Antalyada eniş edib
Digər ölkələr