Cəlilabadda ərzaq mağazasından oğurluq olub
Hadisə
- 12 yanvar, 2017
- 10:18
Cəlilabad. 12 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda ərzaq mağazasından oğurluq olub.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Qüdrət İsmayılov küçəsində yerləşən marketlərdən birində baş verib.
Belə ki, rayon sakini Fəxrəddin Quliyevə məxsus mağazaya dam örtüyünü sındıraraq daxil olan şəxs və ya şəxslər oradan dəyəri 2 000 manat olan siqaret, danışıq kartları və ərzaq məhsullarını oğurlayıblar. Zərərçəkən F.Quliyev baş verən hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verib.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır. Oğurluq edən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Son xəbərlər
15:43
Polşada 17-ci əsrə aid kilsə yanıb
Digər ölkələr15:30
Sabah Cəlilabadın 12 yaşayış məntəqəsində qaz olmayacaq
Energetika15:19
Keyt Duqlass 50 metr məsafəyə sərbəst üsulla üzmədə dünya rekordunu yeniləyib
Fərdi15:11
Yəmən ordusu gün ərzində husilərə qarşı 200-ə yaxın əməliyyat keçirib
Digər ölkələr14:57
NATO Rumıniya səmasında vurulan PUA-nın Rusiyaya məxsus olduğunu ehtimal edir
Digər ölkələr14:36
İran ABŞ hərbçilərinin başına mükafat qoyub
Region14:22
Ukrayna Rusiyanın iri neft emalı zavodlarına və müdafiə obyektlərinə zərbələr endirib
Digər ölkələr14:05
Türk ölkələri arxeoloji irsin vahid rəqəmsal bazasını yaradır
Region14:02
Foto