Cəlilabad və Biləsuvarda güclü qar fəsadlar yaradıb, 19 kənd işıqsız qalıb
Hadisə
- 11 fevral, 2026
- 10:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən gün axşam saatlarından başlayan güclü qar səbəbindən Cəlilabad və Biləsuvar rayonlarında 19 kənddə işıq kəsilib.
"Report"un Muğan bürosunun məlumatına görə, çovğunla müşahidə olunan yağıntı nəticəsində Cəlilabad–Yardımlı avtomobil yolunun dağlıq hissələrində hərəkət məhdudlaşıb.
Rayonun dağlıq ərazisində yerləşən 19 kənddə elektrik enerjisinin verilişində problemlər yaranıb.
Biləsuvar rayonunda da güclü qar avtomobillərin hərəkətini çətinləşdirib, bəzi ərazilərdə elektrik enerjisində fasilələr qeydə alınıb, həmçinin, rabitə xətləri qırılıb.
Hazırda bölgədə qarlı və şaxtalı hava şəraiti davam edir. Qarın hündürlüyü 20 santimetri ötüb.
Son xəbərlər
05:42
Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Digər ölkələr
05:05
Albaniyada etirazçıların polis bölməsinə hücumu nəticəsində on nəfər yaralanıb
Digər ölkələr
04:38
Mark Karni hərbi bazada partlayış nəticəsində hərbçilərin öldüyünü təsdiqləyib
Digər ölkələr
04:23
İtaliyada aksiyalar zamanı 160 etirazçı saxlanılıb
Digər ölkələr
03:48
SEPAH: Hörmüz boğazında tanker minaya düşüb
Region
03:12
La Liqa: "Real" "Sevilya"nı darmadağın edib
Futbol
02:53
Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr
02:35
Türkiyə Moskva - Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
Region
02:18
Tramp Rusiya-Ukrayna danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
Digər ölkələr