Buzovnada zəncirvari yol qəzası olub, 4 nəfər yaralanıb
Hadisə
- 19 sentyabr, 2019
- 16:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda zəncirvari yol qəzası baş verib.
Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi, "Albalılıq" yaşayış massivində, boya fabrikinin yanında qeydə alınıb.
Qəza nəticəsində 4 nəfər yaralanıb. Onlardan 56 yaşlı Təranə Kərimovaya hadisə yerində yardım göstərilib. 33 yaşlı Yeganə Kərimova başın açıq yarası, 35 yaşlı Surxay Məmişov sol biləyin əzilməsi, 57 yaşlı Münasib Məmmədov döş qəfəsinin və qarnın küt travması ilə Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Hazırda müalicələri davam edir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
11:16
Azərbaycanda gələn il büdcə siyasətinin əsas istiqamətləri açıqlanıb
Maliyyə
11:11
"Trendyol"da noyabr endirimləri: Bu noyabrda da hər kəs "Trendyol"da!
Biznes
11:07
Demokratlar Nümayəndələr Palatasında çoxluğu qazanırlar - Yenilənib-4
Digər ölkələr
11:07
Azərbaycanda sağlamlıq turizmi ilə bağlı konsepsiya hazırlanacaq
Turizm
11:02
Gələn il məqsədli proqramlara 682 milyon manatdan çox vəsait ayrılacaq
Maliyyə
11:01
Azərbaycan ərzaq təhlükəsizliyinə xərcləmələri 2 % artırır
Maliyyə
11:01
Naxçıvanda din xadimləri üçün təlim keçirilib
Daxili siyasət
11:01
"Azəristiliktəchizat" gələn il də büdcədən 34 milyon manat subsidiya alacaq
Maliyyə
11:00
"Təmiz Şəhər"ə dotasiya 26 %-ə yaxın azaldılır
Maliyyə