Bulvarda intihar məqsədi ilə özünü dənizə atan gənc qadının kimliyi məlum olub - YENİLƏNİB
- 06 avqust, 2018
- 07:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 avqust. REPORT.AZ/ Dənizkənarı Milli Parkda intihar məqsədi ilə özünü dənizə atan gənc qadının kimliyi məlum olub.
“Report” xəbər verir ki, bu, Binəqədi rayon sakini, 2000-ci il təvəllüdlü F.Mövlanadır.
O, Dənizkənarı Milli Parkda yerləşən “Şeytan çarxı” atraksionunun yaxınlığında özünü dənizə ataraq intihara cəhd edib.
Gənc qadın polis və Bulvar İdarəsinin əməkdaşları tərəfindən dənizdən çıxarılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
*** 06:57
Bakının Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb.
“Report” xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.