Bu ilin ilk 3 ayında Bakı yollarında 33 nəfər həlak olub

Hadisə
  • 22 aprel, 2019
  • 13:37
Bu ilin ilk 3 ayında Bakı yollarında 33 nəfər həlak olub

Bu ilin ilk üç ayında Bakı ərazisində baş vermiş 116 yol-nəqliyyat hadisəsində 33 nəfər həlak olub, 107 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Report"un xəbərinə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində (BPİ) cari ilin I rübündə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 14,1 faiz, ölənlərin sayı 36,5 faiz, xəsarət alanların sayı isə 0,9 faiz azalıb.

Yоl hərəkətinə nəzаrət prоsеsində 173.467, о cümlədən sürət rеjiminə əməl оlunmаmаsı ilə bağlı 85.145, ötmə və manevr qaydalarının pozulmаsı ilə əlаqədаr 9.569 nəqliyyаt vаsitəsinin sərхоş vəziyyətdə idаrə оlunmаsı ilə bаğlı 566 inzibаti хətа aşkar еdilib.