Bakı-Sumqayıt avtobusunda bir il cibgirlik edən şəxs saxlanılıb - FOTO

Hadisə
  • 31 oktyabr, 2016
  • 13:09
Bakı-Sumqayıt avtobusunda bir il cibgirlik edən şəxs saxlanılıb - FOTO

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakı-Sumqayıt marşut xətti üzrə hərəkət edən avtobuslarda cibgirliglə məşğul olan şəxs saxlanılıb.

"Report"un xəbərinə görə, Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməliyyatçıları Xırdalan şəhərində üzərində 1 ədəd selofan torbada heroin gəzdirən Fərid Səfərovu tutublar.

Onun Abşeron RPİ-də istintaqa verdiyi ifadəsi zamanı bir ildir cibgirliklə məşğul olduğu üzə çıxıb. F.Səfərov əsasən Bakıdan Sumqayıt şəhərinə hərəkət edən avtobuslarda cibgirliklə məşğul olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.