Binəqədidə avtomobil 46 yaşlı qadını vurub

Hadisə
  • 03 dekabr, 2021
  • 04:59
Binəqədidə avtomobil 46 yaşlı qadını vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1975-ci il təvəllüdlü Əhmədova Sədaqət Qədeşbala qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.