Binəqədidə 4 nəfər dəm qazından zəhərlənib

Hadisə
  • 03 aprel, 2022
  • 03:44
Binəqədidə 4 nəfər dəm qazından zəhərlənib

Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. 2008-ci il təvəllüdlü Cəlilova Mələk Elçin qızı, 2000-ci il təvəllüdlü Həşimova Türkan Sadiq qızı, 1963-cü il təvəllüdlü İsmayılova Validə Xəlil qızı və 1998-ci il təvəllüdlü Fətəliyeva Tünzalə Paşa qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.