​Binəqədi rayonunda 1 nəfər köməksiz vəziyyətdə qalıb

Hadisə
  • 15 fevral, 2015
  • 04:15
​Binəqədi rayonunda 1 nəfər köməksiz vəziyyətdə qalıb

Bakı. 15 fevral. REPORT.AZ/ Səhər saatlarında Bakının Binəqədi rayonu ərazisində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.