"Binə" və "Sədərək" ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib
Hadisə
- 28 avqust, 2023
- 05:20
"Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazisini su basıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, FHN-in "112" qaynar telefon xəttinə, intensiv yağıntılarla əlaqədar paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazisinin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.
Bununla əlaqədar olaraq nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri ərazilərə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilir.
"Binə" və "Sədərək" ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib
Son xəbərlər
13:08
"Çelsi"nin müdafiəçisi Mamadu Sarr icarə əsasında "Real Sosyedad"a keçib
Futbol13:00
Konqoda Eboladan ölənlərin sayı 2 786-ya çatıb
Digər ölkələr12:52
SOCAR-ın idarəsi 7 ayda qeyri-neft ixracından 176 milyon dollara yaxın gəlir əldə edib
Energetika12:38
"Gəncə" ABŞ-dən olan basketbolçu Kobi Maqini heyətinə qatıb
Komanda12:32
Hindistan ABŞ-dən "Javelin" tank əleyhinə raket kompleksləri almağı planlaşdırır
Digər ölkələr12:28
Almaniyada PUA təhlükəsinə görə iki təyyarə digər hava limanlarına yönləndirilib
Digər ölkələr12:21
Taekvondo üzrə gənclər arasında "Koreya Səfiri Kuboku" keçiriləcək
Fərdi12:19
Foto
Şükürbəyli kəndinə qayıdan ailələrə evlərin açarları təqdim edilib – YENİLƏNİB-2
Daxili siyasət12:17